image-n1karobka_ads
image-123
image-681e1c29ae5ac96f525e960abackend

İran ABŞ-la danışıqların dördüncü raundunu keçirməyə razıdır

İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların dördüncü raundunu keçirməyə razılaşıb.

Tasnim bu barədə İranın danışıqlar qrupunun üzvünə istinadən məlumat yayıb.

Agentliyin mənbəsi danışıqların dördüncü raundunun Omanda keçirilməsi barədə qərarın qəbul olunduğunu təsdiqləyib.

Aprelin 26-da Omanda İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların üçüncü raundu keçirilib.

Bundan əvvəl Oman Xarici İşlər Nazirliyi Tehran və Vaşinqton arasında danışıqların təxirə salındığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki