İran BMT Təhlükəsizlik Şurasından Livanın paytaxtı Beyruta endirilən hava hücumuna görə İsrail hakimiyyətini məsuliyyətə cəlb etməyi tələb edib.
TASS xəbər verir ki, bu barədə İranın iyul ayında funksiyalarını Rusiya tərəfindən yerinə yetirilən Təhlükəsizlik Şurasının sədrinə, həmçinin BMT-nin baş katibi Antonio Quterreşə göndərdiyi məktubda deyilir.
“BMT Təhlükəsizlik Şurası bunu dərhal və qeyd-şərtsiz pisləməlidir. Təhlükəsizlik Şurası da bu cinayət əməlinə cavab olaraq təcili tədbirlər görməlidir…” məktubda deyilir.
Bundan əvvəl İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində ölənlərin sayının 3-ə çatdığı barədə məlumat daxil olub.
DOĞRU.AZ