image-2000x150px
image-123
image-ads_atlas
image-_120302156_11b6c17e-6324-4bc6-984c-0d44d6a4a23bbackend

“İran-Ermənistan yolu bizim üçün strateji əhəmiyyətə malikdir” – Rəsmi Tehran

image-728x90px

“Yeni İran-Ermənistan alternativ yolunun inşası məsələsində Ermənistana kömək etməyə hazırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Hayrullah Hademi “İran-Ermənistan dostluğu” yutub kanalına verdiyi müsahibə zamanı deyib.

H.Hademinin sözlərinə görə, Ermənistan hazırda Gorus-Qafan yoluna alternativ olaraq Tatev rayonunda  yolun inşasına başlayıb.

“Sözügedən yol vasitəsilə yük və sərnişin daşınması mümkün qədər tez başlasın deyə erməni tərəfi ilə danışıqlar aparırıq”, – deyə Hamedi qeyd edib.

O, həmçinin vurğulayıb ki, İran-Ermənistan dövlətlərarası yolu İran üçün strateji əhəmiyyətə malikdir.

“Bu yolda olmuşuq və yeni yolun inşası üçün Ermənistana kömək etməyə hazırıq. Həmçinin İran öz mühəndis-texniki imkanlarını da verməyə hazırdır. Ermənistan, həmçinin İran sərhədindən başlayan və Gürcüstan sərhədinə çatan “Şimal-cənub” yolunu da inşa edir. Bildiyim qədərilə, şimal hissədə xeyli iş görülüb və ümid edirəm ki, tezliklə cənub hissədə də işlər başlayacaq. Bu məsələdə də Ermənistan ilə əməkdaşlıq etməyə hazırıq”, – deyə iranlı nazir müavini bildirib.

Erməni KİV-də yayılan məlumata görə, Tatev-Qafan yolunun inşasının noyabrın sonuna kimi tam olaraq başa çatması planlaşdırılır.

Qeyd edək ki, Hayrullah Hademi oktyabrın 4-ü İranın Tatev yolunun inşasına kömək etməsi məsələsini müzakirə etmək üçün Ermənistana səfər edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki