image-2000x150px
image-123
image-ads_atlas
image-2020-01-09t223152z_779074053_rc2mce979myd_rtrmadp_3_iran-nuclear-europe-pic905-895x505-33395backend

İran gələn ilə qədər buğda idxal etməmək qərarına gəlib

image-728x90px

İran kifayət qədər yerli istehsal səbəbindən 2025-ci ilin martına qədər buğda idxal etməyəcək.

Bu barədə İranın kənd təsərrüfatı məhsulları nazirinin müavini Əlirza Mohacer Reuters agentliyinə bildirib.

“2023-cü ilin martından 2024-cü ilin martına qədər yerli buğda istehsalı 10,5 milyon ton idi, biz isə cəmi 1 milyon ton idxal etməli idik. Bu il özümüzü tam təmin etməyi gözləyirik”.

İranın öz buğda istehsalı yağışdan çox asılıdır və ildən-ilə çox dəyişir. Bəzən ölkə daxili tələbatı tam ödəyirdi, quraqlıq dövründə isə idxal rekord həddə – 7 milyon tona çatırdı.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki