ABŞ nümayəndələri İsrailin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni öldürmək planlarından xəbərdar idilər və onların həyata keçirilməsinə mane olmadılar.
Mehr agentliyi xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyinin rəhbəri İsmail Xətib bildirib.
“ABŞ Haniyənin sionistlər tərəfindən ləyaqətsiz şəkildə öldürülməsinə yaşıl işıq yandırdı”, – Xətib deyib.
Bundan əvvəl Amerika lideri Co Bayden HƏMAS Siyasi Bürosunun rəhbərinin öldürülməsinin Qəzza zolağında atəşkəs razılaşması üzərində işləmək səylərinə “kömək etmədiyi” fikrində olduğunu bildirib.
DOĞRU.AZ