image-n1karobka_ads
image-123
image-66b1168fae5ac929ce7399f5backend

İran Macarıstan vasitəsilə İsraili planlaşdırılan hücumla bağlı xəbərdar etdi

image-ad_qayo_720x110px

İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz deyib ki, İran Macarıstan vasitəsilə İsrailə hücumla bağlı xəbərdarlıq edib.

Bu barədə “The Jerusalem Post” yazır.

Nəşr Katzın sözlərindən sitat gətirir: “İran bizə İsrailə hücum etmək niyyətində olduğunu bildirdi.

İsrailə hücum planları ilə bağlı mesaj Macarıstanın xarici işlər naziri Peter Szijyarto vasitəsilə ötürülüb. O, birbaşa Katza zəng edərək, bu məlumatı İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiridən aldığını bildirib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə görə İsrail cəzalandırılmalıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki