İranda iyunun 16-da səhər saatlarında İsrail kəşfiyyat agentliyi MOSSAD-a casusluq etməkdə ittiham olunan şəxs edam edilib, Mizan agentliyi xəbər verir.
Bəyanatda deyilir : “Sionist rejim üçün kəşfiyyat fəaliyyəti həyata keçirən şəxs… bu səhər edam edilib”.
İş materiallarına görə, İsmayıl Fekri hələ qışda (2023-2024) İran haqqında məxfi məlumatları ötürdüyünə və iki İsrail kəşfiyyatçısı ilə əlaqə saxladığına görə saxlanılıb.
Bundan əvvəl Tehranın ətraf bölgələrindən birində təhlükəsizlik qüvvələri Mossad agentlərinin İran daxilindəki hədəflərə hücum etmək üçün hücum pilotsuz uçan aparatları və bombalar yığdığı bina aşkar ediblər.
Bundan əlavə, 23 İHA və 200 kq-dan çox partlayıcı daşıyan iki İsrail kəşfiyyatçısı saxlanılıb.
DOĞRU.AZ