İran prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putindən Kazanda keçiriləcək BRİKS sammitinə dəvət alıb.
Bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.
“Biz Putindən Pezeşkianın BRİKS sammitində iştirakı üçün rəsmi dəvət almışıq”, – Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazım Cəlali İran tərəfinin Rusiya qazını öz ərazisindən daşımağa hazır olduğunu bəyan edib.
DOĞRU.AZ