Bəzi ölkələrin, o cümlədən ABŞ-ın dünyada liderlik dövrü başa çatıb. İran və Rusiya arasında çoxqütblü dünyanın təşviqi istiqamətində əməkdaşlıq bütün dünyada təhlükəsizliyin möhkəmlənməsinə gətirib çıxaracaq.
Bu sözləri Tehranda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib. Onun sözlərini IRNA agentliyi sitat gətirir.
Bundan əlavə, Şoyqu və Pezeşkian Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər . İran lideri insan haqlarını dəstəklədiyini iddia edən, əslində isə İsrailin cinayətlərinə susan Qərb ölkələrini, xüsusən də ABŞ-ı tənqid edib.
DOĞRU.AZ