İran rəsmiləri nüvə obyektlərinin ABŞ-ın zərbələrindən gözlənildiyindən daha az zərər gördüyünü bildirib.
Bu barədə “Washington Post” qəzeti ABŞ tərəfindən dinlənilən yüksək rütbəli İran rəsmiləri arasında söhbətə istinadən yazır.
Məqalədə deyilir ki, “ələ keçirilən kəşfiyyat məlumatları əməliyyatın İranın nüvə proqramını “tamamilə və nəhayət məhv etdiyini” söyləyən prezidentin təqdim etdiyindən daha mürəkkəb mənzərəni əks etdirən son ilkin məlumatları əks etdirir.
Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor daha əvvəl bildirmişdi ki, Vaşinqton İranı nüvə obyektlərinə zərbələr endirilməsindən iki saat əvvəl xəbərdar edib.
DOĞRU.AZ