image-n1karobka_ads
image-123
image-depositphotos_75914681_l-2015-pic905-895x505-25282backend

İran XİN-dən Zelenskiyə çox sərt cavab

image-add-a-heading

İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna prezidenti Vladimir Zelenskinin Tehrana qarşı səsləndirdiyi çağırışlara sərt reaksiya verib.

Doğru.az xəbər verir ki, Əraqçi sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, dünya müstəqil ordusu olmayan “çaşqın təlxəklərdən” bezib. O, paylaşımında Zelenskiyə müraciətlə “Cənab Zelenski, dünya çaşqın klounlardan bezib” ifadəsini işlədib.

Nazir vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrindən fərqli olaraq İran özünü necə müdafiə edəcəyini çox yaxşı bilir və ölkənin “xaricilərdən kömək istəməyə” ehtiyacı yoxdur.

Qeyd edək ki, bir gün əvvəl Vladimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Avropanın hələ də öz təhlükəsizliyini necə təmin edəcəyini tam anlamadığını deyib. O, həmçinin Ukraynanın NATO-ya üzv olacağı təqdirdə Kiyevin Avropaya, o cümlədən Qrenlandiyanın qorunmasında dəstək göstərə biləcəyini bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki