image-2000x150px
image-123
image-ads_atlas
image-f1de8371-59bb-3d7b-9ab8-4c768f3fe0c9_850backend

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı

image-728x90px

Oktyabrın 28-də saat 21:43-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 52 kiloqram 875 qram narkotik vasitə və 9 980 ədəd “Metadon M-40” psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki