image-2000x150px
image-123
image-ads_atlas
image-2023-10-10t113449z_2140018342_rc2np3awrxck_rtrmadp_3_israel-palestinians-iran-khamenei-pic_32ratio_900x600-900x600-54145backend

İranın ali dini lideri ivrit dilində mesaj göndərib

image-728x90px

İranın ali dini lideri Əli Xamenei X sosial şəbəkəsində ivrit dilində yazı dərc edib və burada İranın Suriyadakı konsulluğuna hücumdan sonra İsraili hədələyib.

Mesajda deyilir: “Allahın köməyi ilə biz sionistləri İranın Dəməşq konsulluğuna qarşı törətdikləri cinayətə görə tövbə etməyə məcbur edəcəyik”.

ABŞ İran konsulluğuna hücumdan sonra öz qüvvələrinə mümkün hücumlardan narahatlığını bildirib. Çərşənbə axşamı Xamenei deyib ki, İran konsulluğa hücuma görə İsraili peşman edəcək.

Bazar ertəsi axşam Suriya Müdafiə Nazirliyi İsrailin İranın Dəməşqdəki Baş Konsulluğunun binasına hava zərbəsi endirdiyini bildirib. Konsulluq binasında İranın Suriyadakı səfirinin iqamətgahı da olub və o, xəsarət almayıb. Raket hücumu nəticəsində konsulluğun binası tamamilə dağılıb.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki