image-n1karobka_ads
image-123
image-image_2024_08_11_2317136691723403836backend

İranın vitse-prezidenti Zərif istefa vermək niyyətindədir

image-ad_qayo_720x110px

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib.

Onun sözləri TASS-a istinadən xəbər verir.

“Əməyimin nəticəsi məni qane etmir. Digər problemlərlə yanaşı, bu, məni universitetdə yolumu davam etdirməyə vadar etdi”, – deyə İran dövlət xadimi bildirib.

Zərif Məsud Pezeşkianın prezident seçkilərində qələbəsindən sonra Məşvərət Şurasına rəhbərlik edib. O, yeni Nazirlər Kabinetinə namizədlərin seçilməsinə cavabdeh idi.

Zərifin ABŞ-la danışıqların tərəfdarı olduğu qeyd edilir.

Bundan əvvəl Banqladeş Mərkəzi Bankının rəhbəri istefa verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki