İrlandiya Fələstin Dövlətinin müstəqilliyini tanıyır.
Reuters xəbər verir ki, bunu baş nazir Saymon Harris deyib.
Siyasətçi ümid etdiyini bildirib ki, digər ölkələr İrlandiya, İspaniya və Norveçə qoşulacaq və Fələstini də tanıyacaq.
Həmin gün Norveç Fələstinin müstəqilliyini tanıdı.
Norveç hesab edir ki, Fələstinin dövlət kimi tanınması Yaxın Şərqdə, bu ölkə ilə İsrail arasında münaqişənin həllinə kömək edəcək.
DOĞRU.AZ