image-ads_n1karobka_mobile
image-1773469612_ekran-sekli-2026-03-14-102530backend

İşıqlı meydanda ilk addımı U-15 atdı – FOTO

image-add-a-heading

“Kəpəz” klubunun Futbol Akademiyasında projektorların quraşdırılması işləri yekunlaşıb. 

Fanat.Az xəbər verir ki, bununla da futbolçular üçün axşam saatlarında məşq etmək imkanı yaradılıb.

İşıqlandırılmış meydanda ilk məşqi isə Gəncə təmsilçisinin U-15 komandası keçirib. Gənc futbolçular yeni şəraitdə böyük həvəslə məşq edərək məşqçilərin tapşırıqlarını yerinə yetiriblər.

Məşq prosesini klubun icraçı direktoru Ruslan Məmmədov və Akademiyanın koordinatoru Vasif Vəliyev də izləyiblər.

Akademiyada aparılan bu yeniliklər gənc futbolçuların daha yaxşı şəraitdə yetişməsi və gələcək uğurlar üçün vacib addımlardan biridir.

DOĞRU.AZ 

image-1773430590_foto7 image-1773430577_foto6 image-1773430589_foto5 image-1773430552_foto2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki