image-n1karobka_ads
image-123
image-694383ef02e8bd50905ab95abackend

İspaniyada polislə miqrantlar arasında toqquşma baş verib

image-ad_qayo_720x110px

İspaniya polisi Badalona şəhərində təhsil müəssisəsində qanunsuz yaşayan miqrantları köçürmək üçün reyd keçirib.

Doğru.az xəbər verir ki, əməliyyat toqquşmalara çevrilib və nəticədə 17 nəfər həbs olunub.

“La Vanguardia” qəzetinin məlumatına görə, hadisə Barselona əyalətində baş verib. Təhlükəsizlik qüvvələri 2023-cü ildən bəri Afrika ölkələrindən olan şəxslər tərəfindən icazəsiz zəbt edilən köhnə B9 İnstitutu binasının ərazisini azad etmək məqsədilə reyd təşkil edib.

Köçürülmə zamanı miqrantlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıblar. Əməliyyat zamanı binada 180 nəfər olub. Kataloniya polisinin açıqlamasına görə, onlardan 17-si immiqrasiya qanunlarını pozduqları üçün saxlanılıb.

Qeyd edək ki, daha əvvəl Yunanıstanın Krit adası sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 18 nəfərin həyatını itirdiyi bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki