image-ads_n1karobka_mobile
image-1723179358backend

İsrail avqustun 15-də Qəzza danışıqlarına nümayəndə heyəti göndərəcək

İsrail avqustun 15-də Qəzza razılaşmasını müzakirə etmək üçün nümayəndə heyəti göndərəcək.

Bu barədə TASS İsrailin baş naziri Binyamin Netanyahunun ofisinə istinadən yazır.

Sənəddə deyilir: “ABŞ və vasitəçilərin (Misir və Qətərin) təklifi ilə İsrail avqustun 15-də danışıqlara nümayəndə heyəti göndərəcək.

Qeyd olunur ki, danışıqların yeri daha sonra müəyyənləşəcək.

Bundan əvvəl Misir, Qətər və ABŞ hakimiyyəti İsrail və HƏMAS-ı avqustun 14-15-də Qəzza zolağında hərbi əməliyyatların dayandırılması ilə bağlı müzakirələri bərpa etməyə çağırıb.

Mənbə TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki