İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə “girməyə” hazır olması ilə bağlı hədələrindən sonra Türkiyəni NATO-dan çıxarmağa çağırıb.
Bu barədə “The Times of Israel” yazır.
“ABŞ və Qərb dünyası Ərdoğanı qınamalı və onun dağıdıcı hərəkətlərini cilovlamalıdır”, – Katz deyib.
Hollandiyada Türkiyənin NATO-dan çıxarılması çağırışı da olub.
Ərdoğan daha əvvəl demişdi ki, Türkiyə “Qarabağ və Liviyaya girdiyi kimi” İsrailə də “girə” bilməlidir.
DOĞRU.AZ