image-n1karobka_ads
image-123
image-55-pic_32ratio_900x600-900x600-19823backend

İsrail HƏMAS ilə danışıqlara qayıtmaq istəyir

İsrailin Hərbi Nazirlər Kabineti 2023-cü il oktyabrın 7-də HƏMAS-ın götürdüyü girovların İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı danışıqlara qayıtmağı əmr edib.

Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşr ölkənin baş nazirinin ofisinə istinadən iddia edir ki, İsrailin danışıqlar qrupuna əsir götürülmüş israillilərin azad edilməsinə nail olmaq üçün radikal hərəkatla danışıqları davam etdirmək tapşırılıb.

Bundan əvvəl CNN xəbər vermişdi ki, Misir kəşfiyyatı rəsmiləri Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs və münaqişələrin həlli ilə bağlı imzalanmış müqavilənin şərtlərini gizli şəkildə dəyişib və bu, iki tərəf arasında razılaşmanın pozulmasına səbəb olub.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki