Tehrandan hücum qaçılmaz olarsa, İsrail İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir.
Bu barədə “ The Times of Israel” qəzeti yazır.
Qəzetin fikrincə, qabaqlayıcı tədbirlər o zaman mümkün ola bilər ki, İranın niyyətləri haqqında kəşfiyyat məlumatlarının doğruluğuna tam əminlik olsun.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken G7 ölkələrinin xarici işlər nazirlərinə İran və Livan Hizbullah hərəkatının İsrailə hücumunun avqustun 5-də başlaya biləcəyini deyib .
İsrailin Qüds bölgəsində əməliyyat üçün rəhbərlik bunkerini hazırladığı barədə də məlumat var idi .
DOĞRU.AZ