İsrail Müdafiə Qüvvələri (IDF) Dəməşqdə yerləşən Suriya Baş Qərargahı kompleksinə hava zərbəsi endirdiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, IDF sözçüsünün verdiyi məlumata görə, hücum binanın giriş hissəsini hədəfə alıb. Hadisə ilə bağlı əlavə detallar və mümkün itkilər barədə məlumat verilməyib.
Qeyd edək ki, iyunun sonunda “The Times of Israel” nəşri İsrail və Suriya hakimiyyət orqanlarının Colan təpələri ilə bağlı məsələni hələ də müzakirə etmədiyini bildirmişdi. Hücumun bu kontekstdə bölgədəki gərginliklə bağlı olduğu ehtimal edilir.
DOĞRU.AZ