image-n1karobka_ads
image-123
image-20180520_gaf_u39_491-pic905-895x505-79170backend

İsveçrə Cenevrədə NATO ofisinin açılmasına razılıq verib

İsveçrə Federal Şurası (Hökumət) Cenevrədə beynəlxalq təşkilatlarla təmaslara cavabdeh olacaq NATO ofisinin açılmasına razılıq verib.

BU barədə İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer Alen Elçinqer məlumat verib.

Onun sözlərinə görə, ötən ilin sonunda Alyansdan müvafiq müraciət daxil olub.

Elçinqer əlavə edib ki, digər məsələlərlə yanaşı, İsveçrə Xarici İşlər Nazirliyi NATO ilə əməkdaşlıqda növbəti addımların hazırlanmasına cavabdehdir. Ofisin açılış tarixləri ilə bağlı məlumat daha sonra veriləcək.

İsveçrədə belə bir ofisin NATO-nun ölkə ilə ikitərəfli ofisi deyil, Alyansın Cenevrədə yerləşən beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əlaqə ofisi olmasından irəli gəlirlər.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki