image-n1karobka_ads
image-123
image-shutterstock_2174699415-pic_32ratio_900x600-900x600-112backend

İsveçrə Ukrayna ilə bağlı konfrans zamanı hava məkanını məhdudlaşdıracaq

image-ad_qayo_720x110px

İsveçrə Hərbi Hava Qüvvələri Ukrayna üzrə sülh konfransı zamanı iyunun 13-dən 17-dək Luzern şəhəri ərazisində hava məkanını məhdudlaşdırmaq niyyətindədir.

RİA Novosti xəbər verir ki, bu barədə ölkənin Federal Şurasının saytında məlumat verilib.

Qeyd olunur ki, mayın 22-də şura Bürgenstokda keçirilən konfrans zamanı hava məkanından istifadənin müvəqqəti məhdudlaşdırılmasını təsdiqləyib. Hərbi Hava Qüvvələri hava nəzarətini gücləndirəcək.

Bəyanatda həmçinin İsveçrənin konfransın təhlükəsizliyini təmin etmək üçün 4000-ə qədər hərbçi yerləşdirəcəyi bildirilir.

Ukrayna Sülh Konfransı 15-16 iyun tarixlərində Luzern yaxınlığındakı Bürgenstokda keçiriləcək. Dəvət olunanlar arasında G7, G20 və BRICS ölkələri var. Ümumilikdə – 120 ölkədən 160 nümayəndə heyəti.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki