image-2000x150px
image-123
image-ads_atlas
image-20180520_gaf_u39_491-pic905-895x505-79170backend

İsveçrə Xarici İşlər Nazirliyi Rusiyasız Ukraynada sülh prosesini “ağılasığmaz” hesab edib

image-728x90px

İsveçrə hesab edir ki, Rusiya Ukrayna üçün sülh prosesində iştirak etməlidir, çünki Moskvanın iştirakı olmadan münaqişənin həlli “ağılsız”dır.

Bunu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Pyer-Alen Elçinqer deyib.

Onun sözlərinə görə, Ukraynada sülhün bərqərar olması prosesinə başlamaq lazımdır.

“İsveçrə əmindir ki, Rusiya bu prosesdə iştirak etməlidir. Rusiyasız sülh prosesi ağlasığmazdır. İsveçrə bu ilk konfransı təşkil etməklə, Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsinə yönəlmiş müzakirələri dəstəkləmək üçün üzərinə düşəni edir”, – Elçinqer bildirib.

O, həmçinin İsveçrə üçün alternativin “heç nə etməmək” olacağını açıqladı, lakin Bern bu variantı nəzərdən keçirmir.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki