Medianın İnkişafı Agentliyi “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqlayıb.
Doğru.az xəbər verir ki, qaliblərin siyahısı ictimaiyyətə təqdim edilib.
Bildirilib ki, fərqlənən jurnalistlər arasında müxtəlif media qurumlarının nümayəndələri yer alıb. Onların peşəkar fəaliyyəti münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, müsabiqə jurnalistlərin peşəkarlığını təşviq etmək və keyfiyyətli media məhsullarını stimullaşdırmaq məqsədi daşıyır.
DOĞRU.AZ