Kanadanın İsraildəki səfirliyi İsrail Xarici İşlər Nazirliyinə bildirib ki, regionda təhlükəsizlik şəraitinin pisləşməsi və İrandan hücuma hazırlıq fonunda diplomatlarının ailələrini İordaniyaya təxliyə edirlər.
Doğru.az xəbər verir ki, bu barədə Ynet məlumat yayıb.
“Kanada İsraildən diplomatların ailələrini təxliyə edir”, – portal yazır.
Bundan əvvəl ABŞ ordusunun keçmiş zabiti Scott Bennett İranın İsrail banklarına və biznes sektoruna zərbələr endirə biləcəyi ilə bağlı fikir bildirib.
Eyni zamanda İsrail ordusu gələcək hücum üçün planlar hazırladığını bəyan edib.
DOĞRU.AZ