image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210417_131800_350backend

Kəramət Hüseynov Avropa Çempionatında bürünc medal qazanıb

image-728x90px
Doğru.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabon şəhərində cüdo üzrə Avropa çempionatına start verilib.

45 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq yarışda Azərbaycanı 9 cüdoçu təmsil edir. Qitə çempionatının ilk günü mill komandamız aktivinə bir bürünc medal yazdırıb.

Azərbaycan cüdoçusu Kəramət Hüseynov 1/16 finalda Nikolae Foka (Moldova), 1/8 finalda Mihraz Akkusu (Türkiyə) mübarizədən kənarlaşdırıb. Sonra idmançımız 1/4 finalda ispaniyalı Fransisko Garrigos ilə dueldən məğlub ayrılıb.

Təsəlliverici görüşdə İtaliya təmsilçisi Angelo Pantano ilə üz-üzə gələn Kəramət mübarizədən qalib ayrılıb. 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Bolqarıstanı təmsil edən Yanislav Gerçevlə qarşılaşıb. Rəqibinə qalib gələn Kəramət Hüseynov Avropa çempionatının bürünc medalını qazanıb. Bu gün mübarizəyə qoşulan digər 2 idmançımız – Orxan Səfərov və Nicat Şıxəlizadə (hər ikisi 66 kq) ikinci mərhələdə mübarizəni dayandırıblar.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki