image-2000x150px
image-123
image-ads_atlas
image-shutterstock_2155913955-pic_32ratio_900x600-900x600-5633backend

Kişi peyğəmbərlik yuxusundan sonra 837 min dollar lotereya udub

image-728x90px

ABŞ-da bir qadının peyğəmbərlik yuxusunda qardaşının lotereyada 837 min dollar qazanacağı proqnozlaşdırılıb.

Bu barədə Şimali Karolina Təhsil Lotereyasının saytı məlumat yayıb.

Bildirilir ki, Şimali Karolina ştatının Kannapolis şəhərindən olan bir kişi iqamətgahının yaxınlığındakı mağazadan lotereya bileti alıb. Nəticədə o, bütün beş rəqəmi təxmin etdi və 837 min dollar qazanıb.

Lotereya qalibi qeyd edib ki, hadisədən əvvəl bacısı yuxuda görüb ki, qardaşı qızıl dağ tapıb. Amerikalı bildirib ki, qohumları onu həmişə ailənin ən şanslısı adlandırıblar.

“Əvvəlcə cekpotun 100 minə düşdüyünü gördüm və başa düşdüm ki, kimsə onu vurub. Amma heç ağlıma da gəlməzdi ki, bu mənəm”, – qalib bildirib.

Kişi baş verənlərdən şoka düşdüyünü qeyd edib. O, pulun bir hissəsini kilsənin ehtiyaclarına bağışlamağı, qalan hissəsi ilə isə borclarını ödəməyi planlaşdırır.

Mənbə: haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki