Vladimir Zelenski amerikalı jurnalist Taker Karlsona müsahibə verməyəcək. Bu barədə onun mətbuat katibi Sergey Nikiforov bildirib.
Nikiforov sosial şəbəkədə yazıb: “Zelenskinin tamam başqa qrafiki var, Taker Karlson isə orada yoxdur”.
Bundan əvvəl Taker Karlson Vladimir Zelenski ilə müsahibəni açıqlamışdı.
Onun sözlərinə görə, o, amerikalılara öz ölkələrinin dünyadakı mövqeyini tamamilə dəyişən münaqişə haqqında lazımi məlumatları çatdırmaq istəyir.
İyunun əvvəlində Taker Karlson Trampın oğlundan müsahibə götürüb.
DOĞRU.AZ