image-2000x150px
image-123
image-ads_atlas
image-dn4irolxoae5pfibackend

Konor Makqreqor yumruq döyüşləri liqasının sahibi olub

image-728x90px

Məşhur irlandiyalı qarışıq döyüş sənəti (MMA) ustası, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor Əlbəyaxa Döyüş Çempionatının (BKFC) şərikli sahibi olduğunu bildirib.

O, bu barədə sosial şəbəkələrdə məlumat verib.

“Böyük liqalara xoş gəlmisiniz. Devid Feldman, biz bunu bacardıq”, – deyə Makqreqor yazıb.

Xatırladaq ki, Makqreqorun növbəti döyüşünün tarixi bu yaxınlarda məlum olub. Onun rəqibi ABŞ-li Maykl Çandler olacaq. Döyüş iyunun 30-da UFC 303-də baş tutacaq.

Ümumilikdə, Makqreqor qarışıq döyüş növləri üzrə 28 döyüş keçirib. Bu döyüşlərdə 22 qələbə qazanıb və altı məğlubiyyət alıb. Həm Konor, həm də Maykl son döyüşlərində ABŞ-li Dastin Puaryeyə uduzublar.

Mənbə: championat.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki