ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçı Çoxluğun lideri Stiv Skaliz bildirib ki, Donald Tramp prezident seçkilərində qalib gəlsə, Vaşinqton Moskva ilə güc nümayişi ilə qarşılıqlı əlaqədə olacaq.
Bu barədə RİA Novosti məlumat yayıb.
Konqresmenin sözlərinə görə, Trampın Amerika prezidenti olduğu müddətdə Rusiya xüsusi əməliyyat keçirməyib.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Tramp seçkilərdə qalib gələcəyi təqdirdə inauqurasiyadan əvvəl Ukrayna böhranının həllində vasitəçi kimi çıxış edə bilər.
ABŞ vitse-prezidentliyinə namizəd Ceyms Vens də Trampın dövründə hər kəsin daha yaxşı vəziyyətdə olacağına söz verib.
DOĞRU.AZ