Rusiya tərəfi Belarus prezidenti Aleksandr Lukaşenoya xoşməramlı jestinə və ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigerin əfvinə görə minnətdarlığını bildirib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya tərəfi Belarus Prezidenti A.Q.Lukaşenkoya xoşməramlı jestinə və ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı R.Krigerin əfvinə görə minnətdardır. Moskva həmçinin mübadilənin hazırlanmasında köməklik göstərən bütün ölkələrin rəhbərliyinə minnətdardır”, – bəyanatda deyilir.
Bundan əvvəl Krieger əfvdən sonra ağladı və Lukaşenkoya təşəkkür etdi.
Mənbə RİA Novosti