Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bəyan edib ki, Krımın Livadiya kəndində Ukrayna prezidenti Vladimir Zelenskinin müttəfiqi, ukraynalı siyasətçi və oliqarx Vitali Xomutinnikin ailəsinin mənzili milliləşdirilib. Bu barədə RİA Novosti yazır.
“Son qərarla Xomutinnikin qohumlarının adına rəsmiləşdirilən mənzil və bir sıra digər obyektlər milliləşdirilib”, – Konstantinov bildirib.
O qeyd edib ki, əmlak Livadyada yerləşir, burada əvvəllər Zelenskinin mənzili milliləşdirilib.
Mənbə: RİA Novosti