Böyük Coningsby Hava Bazasındakı Kral Hərbi Hava Qüvvələrinin personalı krallıqda yüksək inflyasiya və yaşayış xərcləri böhranı fonunda qida banklarına müraciət edir.
Bu barədə “Sky News” telekanalı müdafiə idarəsindəki mənbələrə və Hərbi Hava Qüvvələrinin daxili sənədlərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, aviabazada quraşdırılan ərzaq toplama məntəqəsi əvvəlcə mülki şəxslərə kömək üçün lazım idi, lakin indi pilotlar da bundan istifadə edir.
Telekanalın məlumatına görə, bəzi britaniyalı əsgərlər “yemək və yanacaq” arasında seçim etməli olurlar, buna görə də onlar həmişə hərbi bazadan evlərinə qayıda bilmirlər.
Mənbə: BBC