image-n1karobka_ads
image-123
image-680e5472ae5ac92b7208fdd6backend

Lavrov: Aİ və Zelenski Kiyevi gücləndirmək üçün Trampın təşəbbüsünü istəyir

Aİ və Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsündən Ukraynanı gücləndirmək üçün vasitə kimi istifadə etmək istəyir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov CBS telekanalına müsahibəsində deyib.

O xatırladıb ki, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas və NATO-nun baş katibi Mark Rutte birbaşa bəyan ediblər ki, onlar yalnız “Ukraynanı daha güclü edəcək” razılaşmanı dəstəkləyəcəklər.

“Əgər bu, atəşkəsin məqsədidirsə, mən düşünmürəm ki, ABŞ prezidenti Donald Tramp bunu istəyir. Avropalılar Volodimir Zelenski ilə birlikdə prezident Trampın təşəbbüsündən belə nəticə çıxarmaq istəyirlər”, – nazir deyib.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat vermişdi ki, Aİ-də müharibə qızışdıran şəxslər ABŞ-ın sülhməramlı səylərini sarsıtmaq üçün kampaniya aparırlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki