image-2000x150px
image-123
image-ads_atlas
image-lavrovbackend

Lavrov Çinə rəsmi səfərə gəlib

image-728x90px

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfərə gəlib.

Bu barədə TASS məlumat yayıb.

Nazirin təyyarəsi Pekinin paytaxt hava limanına enib.

Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi Lavrovun aprelin 8-9-da Çinə səfər edəcəyi və Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparacağını bildirmişdi.

Tərəflər Ukrayna böhranı və Asiya-Sakit okean regionunda vəziyyət də daxil olmaqla bir sıra “qaynar mövzular” və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Bundan əlavə, nazirlər ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərini, həmçinin BMT, BRİKS, G20 və digər platformalar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki