image-n1karobka_ads
image-123
image-thumbs_b_c_ceaaf514d823550e6a070dd75c553008backend

Lavrov: Netanyahunun istədiyi kimi HƏMAS-ı tamamilə məhv etmək mümkün deyil

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs üçün HƏMAS-ın tamamilə məhv edilməsini əsas şərt adlandırır, lakin bu tapşırıq real deyil, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Məncə… bu, qeyri-real vəzifədir – mövcud, kifayət qədər imkanlara və kifayət qədər dəstəyə malik olan, o cümlədən müsəlman dünyasında olan bir təşkilatı tamamilə məhv etmək”, – TASS diplomatın sözlərini yazır.

Lavrov həmçinin Colan təpələrinə edilən son hücumu şərh edərək, Rusiyanın istənilən terror hücumunu pislədiyini bildirib.

İyulun 27-də Colan təpələrindəki Druzların Məcdəl Şəms kəndində futbol meydançasına raket düşüb. Əksəriyyəti yeniyetmələrdən ibarət ən azı 12 nəfər həlak olub, 30-a yaxın insan yaralanıb.

Mənbə TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki