Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın Aktau şəhərində Rusiya Baş Konsulluğunun tezliklə yaradılacağını açıqlayıb.
“Aktauda gözlənilən baş konsulluğumuzun yaradılması ikitərəfli əlaqələrin genişlənməsinin sübutudur. Mən bilirəm ki, hazırlıqlar artıq yekun həddinə çatıb”, – TASS onun sözlərindən sitat gətirir.
Dekabrın 12-də Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın tezliklə Ekvatorial Qvineya və Burkina Fasoda səfirliklərini açacağını açıqlayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Afrika və Yaxın Şərq ölkələrində Rusiya səfirlikləri açılmağa davam edir.
DOĞRU.AZ