image-n1karobka_ads
image-123
image-2023-07-13t000000z_1019980326_mt1nurpho0004u2p3h_rtrmadp_3_nato-summit-in-vilnius-lithuania-pic_32ratio_1200x800-1200x800-62880backend

Litva NATO-ya daxil olduqdan sonra ölkənin təhlükəsizliyinin azaldığını bildirib

Litvanın təhlükəsizliyi Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olduqdan sonra azalıb.

Bunu ölkə prezidentliyinə namizəd Eduardas Vaitkus deyib.

Siyasətçi NATO-nu Rusiya ilə qarşıdurmaya çalışan aqressiv blok adlandırıb. Onun sözlərinə görə, Litvanın təhlükəsizliyi artmayıb, əksinə, azalıb.

Vaitkus əlavə edib ki, NATO-ya daxil olmaq qərarı Litva hakimiyyət orqanları tərəfindən verilib, baxmayaraq ki, bu cür məsələləri ölkə xalqı həll etməlidir.

Həmçinin Litva prezidentliyinə namizəd bildirib ki, Krım Rusiyaya məxsusdur, çünki onun əhalisi referendumda ilhaqın lehinə səs verib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki