Litvanın xarici işlər nazirinin müavini Simonas Şatunas hesab edir ki, Aİ-nin daha sülh missiyalarına ehtiyacı yoxdur, birləşmə ümumi siyasət tələb edir.
Şatunas bu bəyanatı Macarıstanın baş naziri Viktor Orbanın sülh missiyası çərçivəsində Rusiya və Çinə səfərləri zamanı verib.
“Bizə daha sülh missiyaları lazım deyil, bizə Aİ-nin siyasətində möhkəm birlik lazımdır”, – deyə RİA Novosti onun sözlərini sitat gətirir.
Şatunasın sözlərinə görə, Aİ-nin hazırda malik olmadığı həmrəylik strategiyasına ehtiyacı var.
Daha əvvəl Orban bildirib ki, Ukraynada silahlı münaqişənin intensivliyi yaxın gələcəkdə köklü şəkildə arta bilər.
Bu arada Avropa Parlamenti Orbanın sülh missiyası ilə Rusiyaya səfərini pisləyib.
Mənbə RİA Novosti