Litvanın hazırkı prezidenti Gitanas Nauseda prezident seçkilərinin ikinci turunda 74,43 faiz səslə qalib gəlib.
TASS bu barədə ölkənin Baş Seçki Komissiyasının məlumatlarına istinadən xəbər verir.
Bütün 1895 seçki məntəqəsində səslərin hesablanması nəticəsində ikinci namizəd – Litvanın baş naziri İnqrida Simonyte 24,06% səs toplayıb. Maraqlıdır ki, 2019-cu ildə keçirilən son seçkilərdə Simonyte ilk turda Nausedaya qalib gəlsə də, ikinci turda ona uduzmuşdu.
Simonyte məğlubiyyətini etiraf etdi. O, həmçinin Nausedanı ikinci dəfə dövlət başçısı olması münasibətilə təbrik edib.