image-n1karobka_ads
image-123
image-aab9c0bb-dcc8-4a48-94d3-3e981ac2211bbackend

Los-Ancelesin bəzi yerlərində komendant saatı tətbiq edilib

Los-Ancelesdə baş verən iğtişaşlar səbəbindən şəhərin bəzi yerlərində komendant saatı qüvvəyə minib.

Bu barədə RİA Novosti yazır.

Bildirilir ki, şəhərdə komendant saatı yerli vaxtla saat 20:00-da başlasa da, yüzlərlə insan hələ də küçələrdə qalır.

Agentliyin qeyd etdiyi kimi, hakimiyyət orqanları tərəfindən qəbul edilmiş müvafiq məhdudiyyətlər yerli vaxtla saat 06:00-dək qüvvədə olacaq.

Bundan əvvəl Los-Ancelesdə polisin ən fəal etirazçılara rezin mərmilər atdığı bildirilirdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki