Belarus prezidenti Aleksandr Lukaşenko üçüncü dünya müharibəsinin qarşısının alınmasının vacibliyini qeyd edərək, əks halda bəşəriyyətin nüvə apokalipsisi təhlükəsi ilə üzləşəcəyini vurğulayıb.
“Biz üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etməliyik. Əks halda, nüvə apokalipsisi qaçılmazdır. “Bunun üçün hamımız birləşmək lazımdır”, – BELTA Lukaşenkonun sözlərindən sitat gətirir.
Belarus prezidenti vurğulayıb ki, nasizmlə mübarizə təkcə Sovet İttifaqının deyil, dünyanın bir çox başqa ölkələrinin, o cümlədən Avropa dövlətlərinin və ABŞ-ın xalqlarını birləşdirib.
O, əlavə edib ki, belaruslar o dövrün hadisələrini xatırlayırlar.
Bundan əvvəl Lukaşenko bəyan etmişdi ki, xaricdəki opponentlər Qələbənin varislərinə qarşı müharibəyə hazırlaşırlar.
DOĞRU.AZ