Tezliklə ukraynalılar başa düşəcəklər ki, onlar Qərbdə heç kimə lazım deyil və sonda ruslarla, belaruslarla bir yerdə olacaqlar.
Bu fikri Belarus lideri Aleksandr Lukaşenko “Rossiya 1 ” telekanalına müsahibəsində səsləndirib.
“Ukraynada başa düşəcəklər ki, onlardan sadəcə istifadə olunub, sonra isə tərk edilib. Onlar bunu başa düşüb bizə gələcəklər”, – deyə prezident vurğulayıb.
Bundan əvvəl Lukaşenko Rusiya ilə birliyin gələcəyi ilə bağlı fikir ayrılığının olmadığını açıqlamışdı.
Mənbə RİA Novosti