Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb.
Doğru.az xəbər verir ki, proqramı uğurla tamamlayaraq nazirlik və tabeli qurumlarda əmək fəaliyyətinə başlayan 20 nəfərdən 6-sı Bakı Dövlət Universitetinin məzunudur.
BDU-dan verilən məlumata görə, məzunlardan
Rüqayyə Xıdırova – Məktəbəqədər və ümumtəhsil şöbəsində,
Fuad Cəlilli və Xanım Osmanova – Hüquq şöbəsində,
Aytən Cabbarzadə – Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsində,
Kəmalə Məmmədova – Satınalmalar və qrantlar sektorunda,
Cavidan Hacıəliyev isə Təhsil İnstitutunun Təhsil nailiyyətlərinin qiymətləndirilməsi şöbəsində işə başlayıblar.
3 ay davam edən “Maarifçi” proqramının əsas məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, tələbə və məzunların praktiki bilik və bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmalarla tanış olması və təhsil islahatlarının həyata keçirilməsinə dəstək göstərməkdir.
Qeyd edək ki, bundan əvvəl keçirilən ikinci “Maarifçi” təcrübə proqramını bitirərək işə qəbul olunan 10 iştirakçıdan 2-si də BDU məzunu olub.
DOĞRU.AZ




























