image-n1karobka_ads
image-123
image-ap22202563493536-pic_32ratio_1200x800-1200x800-74482backend

Macarıstan ABŞ-dan Ukraynaya yeni silah göndərməkdən narahatdır

Macarıstanın xarici işlər naziri Peter Sijarto Əlcəzairli həmkarı Əhməd Attafla görüşdən sonra mətbuat konfransı zamanı bildirib ki, ölkə hakimiyyəti ABŞ-dan Ukraynaya “təhlükəli silahlar” tədarükü ilə bağlı xəbərlərdən narahatdır.

Bu barədə Macarıstan nazirinin çıxışı öz Facebook səhifəsində yayımlanıb.

“Ukraynaya mümkün təhlükəli silahların ötürülməsi ilə bağlı xəbərlərdən son dərəcə narahatıq” deyən Sijarto əlavə edib ki, Macarıstan tərəfi digər dövlətləri silahların sayının artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki