Macarıstanın xarici işlər naziri Peter Szijjarto bəyan edib ki, onun ölkəsi Ukraynaya silah tədarük etmir və gələcəkdə də etməyi planlaşdırmır.
Doğru.az xəbər verir ki, bu barədə nazir TASS-a açıqlamasında danışıb.
“Məqsədimiz Macarıstanın bu müharibədən kənarda qalması və bu müharibəyə cəlb edilməməsidir”, – deyə Szijjarto bildirib.
Nazir, həmçinin qeyd edib ki, əgər Vaşinqton Avropa İttifaqına Ukrayna üçün Amerika silahlarının alınmasını maliyyələşdirməyi təklif etsə belə, Macarıstan bu prosesi dəstəkləməyəcək.
DOĞRU.AZ