Mahaçqalada avtomobili ilə iki polis əməkdaşını vuran narkotik satıcısı Dağıstanda həbs edilib.
Bu barədə Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsi Telegram-da məlumat yayıb.
“Bu gün istintaqın təqdimatı əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.
Hazırda cinayət işi üzrə istintaqın davam etdiyi dəqiqləşir. Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd etməkdə ittiham olunur.
Bundan əvvəl Mahaçqalada narkotik alveri ilə məşğul olduğu iddia edilən şəxsin avtomobilini yoxlamaq üçün saxlayan iki polis əməkdaşını vurduğu bildirilirdi.
Mənbə RİA Novosti