Emmanuel Makron öz çevrəsində ölkənin sağçı siyasi qüvvələrinin parlament seçkilərində qalib gələcəyi təqdirdə Fransa prezidenti vəzifəsindən istefa vermə ehtimalını müzakirə edir.
Bu barədə “Europe 1” radiostansiyası anonimlik şərti ilə ona yaxın olanlardan birinə istinadən məlumat yayıb.
“Prezidentin istefası [Makron üçün] tabu deyil. Bəli, bu gün biz bütün ssenariləri, o cümlədən bu ssenarini ciddi şəkildə nəzərdən keçirməliyik. O, 5 illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır”, – mənbə bildirib.
Qeyd edilir ki, Makron üçün istefa üstünlük verilən variant deyil və onun perspektivi bu siyasi kampaniyada qarşıdan gələn seçkilərin dramatikləşdirilməsi elementi kimi xidmət etməlidir.
Eyni zamanda, Europe1 etiraf edir ki, Makron başqa strategiya seçə bilər – parlament seçkilərində qalib gələrsə, sağçı Milli Ralli ilə birgə işləmək.
Mənbə: A haber